Vəkillərin vəzifələri artırılır

31.10.2025

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vəkillərin vəzifələri artırılır, tədris tədbirlərində iştirakları icbari olacaq.

"Unikal" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Vəkillər Kollegiyasına üzv olduğu dövrdə vəkil üzvlük haqqını hər ay ödəməli, normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada və hallarda hüquqi yardım haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına hüquqi yardım göstərməli, il ərzində minimal icbari tədris saatlarını toplamalı və Vəkillər Kollegiyası orqanlarının bu Qanuna əsasən müəyyən etdiyi qaydalara əməl etməli və həmin orqanların qəbul etdiyi qərarları icra etməlidir.

Peşə hazırlığı və ixtisasın artırılması üçün vəkillərin tədris tədbirlərində iştirakı da icbari olacaq. Vəkilin il ərzində minimal icbari tədris saatlarının toplanmaması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb ediləcək.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunudşa qəbul edilib.

Anar Kəlbiyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью