Velayati: Xarici qüvvələr bölgəni tərk etməlidir

08.08.2026

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Velayati Yaxın Şərqdə son hadisələrin İran silahlı qüvvələrinin qətiyyəti, İran xalqının müqaviməti və “Müqavimət oxu”nun cəsarəti nəticəsində formalaşdığını bildirib.

Bizimyol.info xəbər verir ki, Velayati bu barədə sosial media hesabında paylaşım edib.

O, ABŞ və İsrailin məğlubiyyətinin regionda təhlükəsizliyin təmin olunması ilə bağlı yeni yanaşmaların formalaşmasına təsir etdiyini qeyd edib.

“ABŞ və sionist rejimin məğlubiyyəti regionda təhlükəsizliyin əsas mənbəyi olan xarici qüvvələrin bölgəni tərk etməli olduğu barədə inamı gücləndirib”, - deyə Velayati bildirib.

İran rəsmisinin sözlərinə görə, Yaxın Şərqdə sabitliyin təmin olunması üçün region ölkələrinin öz təhlükəsizliklərini müstəqil şəkildə təmin etmələri vacibdir.

Velayati həmçinin vurğulayıb ki, bölgə dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi onların təhlükəsizlik imkanlarını artırmağa şərait yarada bilər. O, region ölkələrinin qarşılıqlı əməkdaşlıq və koordinasiya yolu ilə xarici qüvvələrdən asılılığı azaltmasının mümkün olduğunu bildirib.

Velayatinin açıqlaması Yaxın Şərqdə regional təhlükəsizlik məsələləri və xarici hərbi qüvvələrin mövcudluğu ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda səslənib.

İran rəsmiləri uzun müddətdir regionda ABŞ və onun müttəfiqlərinin hərbi mövcudluğuna qarşı çıxır və Yaxın Şərqin təhlükəsizliyinin region dövlətlərinin iştirakı ilə təmin edilməli olduğunu müdafiə edirlər.

Velayatinin son açıqlamasında da əsas diqqət region ölkələri arasında əməkdaşlığın gücləndirilməsinə və xarici qüvvələrin bölgədən çıxmasına yönəldilib.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью