Vəli Əkbər vəzifəsindən AZAD EDİLDİ KONKRET

26.01.2026

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

 “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Rövşən Məmmədov Vəli Əkbəri İnformasiya Proqramları Studiyasının rəhbəri vəzifəsindən azad edib. Onun yerinə tanınmış jurnalist Nəcəf Həsənov gətirilib.

Nəcəf Həsənov

Qeyd edək ki, bir müddət əvvəl Vəli Əkbərin səhhətində ciddi problemlər yaşanıb. Onun ürək əməliyyatı keçirəcəyi bildirilir. Mənbənin verdiyi məlumata görə, o, Televiziya Akademiyasına prorektor təyin edilib.

Yeri gəlmişkən, Nazirlər Kabinetinin qərarına əsasən televiziyada belə bir struktur ləğv edilib.

Natiq Səlim,
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью