Vəli Məmmədova yeni vəzifə verildi FOTO

16.12.2024

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin rəhbəri vəzifəsinə yeni təyinat olub.

Sfera.az agentliyə istinadən xəbər verir ki, bu vəzifə Vəli Məmmədova həvalə edilib.

O, bundan əvvəl “PAŞA Həyat Sığorta” ASC-nin Korporativ Kommunikasiya rəhbəri vəzifəsini icra edib, 2011-2016-cı illərdə isə "Azercell Telecom" MMC-də çalışıb.

V.Məmmədov kommunikasiya, ictimaiyyətlə əlaqələr, korporativ sosial məsuliyyət, dayanıqlı inkişaf, multimedia məhsullarının hazırlanması, tədbir təşkilatçılığı sahəsində təcrübəyə malikdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью