Vəliəhd Trampı çəkindirdi

02.08.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Donald Trampa bildirib ki, bölgənin daha geniş münaqişəyə sürüklənməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi etmək lazımdır. 

"Yeni Sabah" SPA-ya istinadla xəbər verir ki, telefon danışığında vəliəhd gərginliyi azaltmaq üçün dialoqa üstünlük verməyin və müsbət nəticələrə səbəb olacaq diplomatik həll yollarının açılması üçün gərginliyin azaldılmasına nail olmaq məqsədilə bütün mümkün səylərin göstərilməsinin vacibliyini vurğulayıb.

Şahzadə əlavə edib ki, bu cür səylər regionun təhlükəsizliyini və sabitliyini qorumaq, onun beynəlxalq təhlükəsizliyə və sabitliyə təsir edən daha geniş münaqişəyə cəlb olunmasının qarşısını almaq üçün zəruridir. Toyuqlu pizza

İki lider Səudiyyə Ərəbistanı ilə ABŞ arasında mövcud əməkdaşlıq sahələrini nəzərdən keçirib və ikitərəfli əlaqələri daha da gücləndirməyin yollarını müzakirə ediblər.

Telefon danışığı ABŞ ilə İran arasında təxminən iki həftədir davam edən hücumlardan sonra baş tutub. Tehran bir neçə ərəb ölkəsindəki ABŞ hərbi obyektlərini və avadanlıqlarını hədəf alıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью