Velosiped Federasiyasında Mədət Quliyevi o əvəz edib

24.04.2025

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Xəbər verdiyimiz kimi, Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa verib.
Yeniavaz.com
xəbər verir ki, Manset.az Mədət Quliyevi Velosiped Federasiyasının Baş katibi Elnarə Musayevanın əvəz etməsi barədə məlumat yayıb.
Bildirilib ki, E. Musayevanın özü də bu faktı təsdiqləyib:
“Bütün federasiyalarda olduğu kimi, bizim federasiyada da işlər əvvəlki qaydada davam edir. Bu məlumat hələ təzə yayıldığı üçün biz öz işimizi əvvəlki kimi davam etdiririk. Təbii ki, federasiya prezidenti gecə-gündüz işlərə birbaşa nəzarət etmir. İşlərin idarə olunmasını mən həyata keçirirəm. İş rejimi necə idisə, eyni qaydada davam edir”.
Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından bu vəzifəni yerinə yetirirdi.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью