Velosiped idxalı artdı, ixrac isə...

09.01.2025

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Azərbaycan velosiped idxalını artırıb.

Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin 10 ayında Azərbaycana 4 min 464 ədəd velosiped idxal edilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 581 ədəd çoxdur.

Ancaq Azərbaycan ötən ilin yanvar-oktyabr aylarında velosiped ixrac etməyib. 2023-cü ilin 10 ayında isə 502 ədəd velosiped ixrac etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью