Velosiped qəzası ölümlə nəticələnib

09.02.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Ağdaş, 9 fevral, Rəşad Türkoğlu, AZƏRTAC

Ağdaşda velosipeddən yıxılan şəxs həyatını itirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Ağdaş rayonunun Aşağı Ləki kəndi ərazisində qeydə alınıb. İlkin məlumata əsasən, 38 yaşlı Əhməd Qədirov velosiped idarə edərkən yıxılıb. O, xəstəxanaya çatdırılarkən yolda ölüb. Mərhumun epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью