Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18.10.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Bu gün saat 13 radələrində Qusar şəhəri, Əmirəslanov küçəsində “Jeep Wrangler” markalı avtomobilin sürücüsü yolun sağ tərəfində hərəkətdə olan velosipedçini vurub. 
Bizim.Media xəbər verir ki, nəticədə velosipedçi,  6 yaşlı  Qusar rayon sakini Mühürov Səfər Ceyhun oğlu aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib.
Faktı Qusar polis şöbəsi araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью