Velosiped sürən uşağı maşın vurub öldürdü

03.06.2026

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Şıxsalahlı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 2000-ci il təvəllüdlü Nurlan Fəttahovun VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən velosiped sürən 11 yaşlı M.H-nı vurub.

Qəza nəticəsində ağır xəsarətlər alan uşaq xəstəxanaya aparılarkən həyatını itirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Ziya Əmirxanlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью