Velosiped yığmamızın üzvü Çində turnirdə ikinci olub

11.08.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkəmizin şose velosipedi üzrə qadınlardan ibarət Elit yığma komandasının üzvü Viktoriya Sidorenko Çin Xalq Respublikasının “Pardus MK Women’s Cycling Team” komandasının heyətində növbəti yarışda çıxış edib.

İdman.Biz bildirir ki, təmsilçimiz bu dəfə birgünlük yarışda finiş xəttini 2-ci keçib.

Velosipedçimiz bundan əvvəl 2 mərhələli yarışın ilk günündə 1-ci, 2-ci günündə isə 3-cü yeri tutmaqla ümumi təsnifatın qalibi olmuşdu.

Qeyd edək ki, Viktoriya Sidorenko Çin komandasının heyətində cari ilin 2-7 oktyabr tarixlərində Sloveniyada keçiriləcək şose velosipedi üzrə Avropa çempionatına hazırlıq prosesi keçir

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью