Velosipedçimiz Çində beynəlxalq turnirin qalibi olub

03.08.2026

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Azərbaycanın şose velosipedi üzrə qadınlardan ibarət Elit yığmasının üzvü Viktoriya Sidorenko Çində növbəti uğuruna imza atıb.

Apasport.az xəbər verir ki, təmsilçimiz Çin Xalq Respublikasının “Pardus MK Women’s Cycling Team” komandasının heyətində “Xinjiang Production and Construction Corps” beynəlxalq turnirində çıxış edib.

İki gün davam edən yarışın ilk mərhələsində bütün rəqiblərini geridə qoyaraq qalib gələn Sidorenko ikinci mərhələni isə üçüncü pillədə başa vurub. Bu nəticə ona ümumi təsnifatda birinci yeri tutmağa imkan verib.

Qeyd edək ki, Viktoriya Sidorenko hazırda Çin komandasının heyətində bu il oktyabrın 2-7-də Sloveniyada keçiriləcək şose velosipedi üzrə Avropa çempionatına hazırlığını davam etdirir.

Paraüzgüçümüz Dünya seriyasında bürünc medal qazanıb Türkiyə Qran-prisi "Formula 1"ə qayıdır Yaponiya Qran-prisində Antonellidən tarixi qələbə МОК transgender idmançıların Olimpiadada iştirakını qadağan edib Hokkeydə daha əvvəl görülməyən qol - VİDEO
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью