Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Şose velosipedi üzrə Azərbaycanın qadınlardan ibarət Elit komandasının üzvü Viktoriya Sidorenko Çində keçirilən beynəlxalq turnirdə növbəti uğura imza atıb.
Futbolpress.az xəbər verir ki, idmançımız Çinin “Pardus MK Women’s Cycling Team” klubunun heyətində “Xinjiang Production and Construction Corps” yarışında qüvvəsini sınayıb.
İkigünlük turnirin birinci mərhələsini lider kimi tamamlayan Sidorenko növbəti mərhələdə üçüncü yeri tutub. Yekun xalların hesablanmasından sonra həmyerlimiz ümumi sıralamada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Viktoriya Sidorenko oktyabrın 2-dən 7-dək Sloveniyada baş tutacaq şose velosipedi üzrə Avropa çempionatında Çin kollektivinin tərkibində çıxış edəcək.