Velosipedçini ildırım vurub öldürdü FOTO

22.01.2026

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

İqlim dəyişikliyi ilə mübarizə kampaniyası çərçivəsində dünyanı gəzən velosipedçi ildırım vurması nəticəsində həlak olub.

Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə NTK məlumat yayıb.

Məlumata görə, almaniyalı Florian Berq təxminən bir il əvvəl velosipedlə dünya turuna çıxıb. Səyahətin son mərhələsində o, Cənubi Amerikaya gedib. Berq Peru dağlarında velosiped sürərkən bədbəxt hadisənin qurbanı olub.

Velosipedçinin cəsədini yerli çobanlar tapıblar. Hadisə yerinə gələn xilasedicilər alman səyahətçinin ildırım vurmasından öldüyünü təsdiqləyiblər.

Ölümün dəqiq səbəbi ekspertizanın nəticələrindən sonra bəlli olacaq.

Oxunub 50

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью