Velosipedlə keçiddən keçən kuryer qəzanın bir addımlığından döndü ANBAAN VİDEO

07.01.2025

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Paytaxtın Yusif Səfərov küçəsində qayda pozan velosipedçi qəza şəraiti yaradıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl axşam saatlarında qeydə alınıb. Belə ki, “Wolt” çatdırılma şirkətinin işçisi velosipedlə piyada keçidindən keçib. Bu zaman hərəkətdə olan avtomobilin sürücüsü siqnal verərək ona xəbərdarlıq edib. Lakin kuryer sürücüyə məhəl qoymadan velosipedi onun üstünə sürüb. Nəticədə o, hərəkətdə olan maşınla toqquşmaqdan son anda xilas olub. 

Qeyd edək ki, velosipedi piyada keçidinin üstü ilə sürmək qadağandır. Velosipedçi piyada keçidinin üstü ilə hərəkət etmək istəyirsə, o, piyadaya çevrilməlidir. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью