Velvet Road turniri: Gimnastika millimiz bürünc medal qazanıb

15.11.2024

Icma.az bildirir, Cbcsport saytına əsaslanaraq.

İdman gimnastikası üzrə Azərbaycan millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Velvet Road” beynəlxalq turnirində bürünc medal qazanıb.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat verib.

Nikita Simonov, Mənsum Səfərov, Rəsul Əhmədzadə və İvan Tixonovdan ibarət heyət 3-cü yeri tutub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью