Vembanyama ilə şahmat oynamaq 81 min manata başa gəlib VİDEO

21.11.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-nin Texas ştatı təmsil edən “San Antonio Spurs” basketbol komandası xeyriyyə tədbirində 1,1 milyon dollar vəsait toplayıb.

İdman.Biz xəbər verir ki, tədbirdə komandanın fransalı basketbolçusu Viktor Vembanyama ilə şahmat oynamaq imkanı hərraca çıxarılıb.

Azarkeşlərdən biri bu imkanı əldə etmək üçün 51 min dollar(81 min manat) ödəyib.

Vembanyama hərracın qalibi olan azarkeşlə şahmat oynayıb. Şahmata böyük marağı olan basketbolçu oyunun görüntülərini paylaşan klubun sosial şəbəkələrində də diqqət çəkib.

Toplanan vəsait aztəminatlı insanların təhsil almasına, peşə öyrənməsinə və iş imkanlarının artırılmasına dəstək üçün istifadə olunacaq.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью