Vencs yeni Qəzza əməliyyatına görə İsrail səfərini ləğv etdi Axios

19.05.2025

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens İsrail Müdafiə Qüvvələrinin Qəzzada genişmiqyaslı hərbi əməliyyat keçirməsindən narahat olduğu üçün İsrailə səfər etməmək qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, bu barədə Amerika administrasiyasındakı mənbələrə istinadən "Axios" nəşri məlumat yayıb.

Səfərin ləğvinə rəsmi səbəb maddi-texniki çətinliklər olub. Bununla belə, nəşrin yazdığına görə, qərar siyasi xarakter daşıyır və Vaşinqtonun İsrailin hazırkı hərbi kampaniyasını, xüsusən də Tramp administrasiyasının dərhal atəşkəs və girovların azad edilməsini tələb etdiyi şəraitdə dəstəklədiyi təəssüratının qarşısını almaq məqsədi daşıyırdı.

"Gideonun Arabaları" əməliyyatı 2 milyona yaxın fələstinlinin qondarma “humanitar zonalar”a köçürülməsini və HƏMAS-ın infrastrukturuna ciddi ziyan dəyməsini nəzərdə tutur. Eyni zamanda, Ağ Ev mülki şəxslərin qorunmasının və humanitar yardımın artırılmasının vacibliyini vurğulamaqda davam edir.

"Axios"un qeyd etdiyi kimi, Vensin qərarı Amerika diplomatiyasının getməyə çalışdığı incə xətti əks etdirir: İsraili müttəfiq kimi dəstəkləmək, eyni zamanda beynəlxalq tənqidə səbəb olan hərəkətlərdən uzaqlaşmaq yolunu etiva edir.

Xatırladaq ki, jurnalist Amit Seqal Vensin çərşənbə axşamı İsrailə gəlməli olduğunu yazmışdı. Ancaq Ağ Ev rəsmiləri bu xəbərləri tez bir zamanda təkzib etdilər.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью