Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.
“Bu gün Avropa inadla genişlənmə xəyalını davam etdirir”
“Avropa Ukrayna və Moldovanı tam istismar etmək, Ermənistanı öz orbitinə çəkmək niyyətindədir”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Venediktov deyib.
“Bu gün Avropa inadla genişlənmə xəyalını davam etdirir, Ukrayna və Moldovanı tam istismar etmək, Ermənistanı öz orbitinə çəkmək niyyətindədir. Avropa bir sıra digər dövlətlərə qarşı düşmənçilik addımları atır. NATO Finlandiya və İsveçi ələ keçirib və bunu etməyəcəyinə dair vədlərinə baxmayaraq, yenidən şərqə doğru genişlənir. Brüssel Ukraynanın döyüşə hazır əhalisinin qalıqlarını gələcək Avropa silahlı qüvvələri üçün cəza batalyonu kimi görür”, - deyə o, “Böyük Avrasiyada Milli Təhlükəsizlik Konsepsiyaları və Doktrinaları: Xüsusiyyətlər və Perspektivlər” tematik bölməsində bildirib.