Venesiya turist vergisini ikiqat artıracaq

25.11.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Venesiya 2027-ci il aprelin 1-dən etibarən otel vergisini artıracaq.  

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, qərar İtaliya qanunvericiliyindəki dəyişikliklə əlaqədardır. 

Yeni qanuna görə, adambaşına gecələmə məbləği 5 avrodan 9,5 avroya qədər yüksələcək.

Bundan əlavə, 2027-ci ildə Venesiyaya gələn turistlərin giriş haqqı ödəməli olduqları günlərin sayı da artacaq. Vergi əvvəlki 60 gün əvəzinə 72 gün qüvvədə olacaq.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью