Venesiyada küçənin adı görün nədir Azərbaycanla bağlı tarixi iz

21.04.2026

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Venesiyada "Ruga Giuffa" kimi tanınan küçənin adı Azərbaycanla bağlıdır.

Bakupost.az Milli.az-a istinadən xəbər verir ki, "Ruga" sözü Venesiya ləhcəsində küçə deməkdir, "Giuffa" isə Culfa sözünün italyanca variantıdır. Yəni "Culfa küçəsi" anlamına gəlir.

Tarixi mənbələrə əsasən, xüsusilə 16-17-ci əsrlərdə Culfa şəhərindən olan tacirlər Venesiyaya gələrək burada ticarətlə məşğul olublar. Onlar əsasən ipək ticarəti ilə tanınıb və şəhərin iqtisadi həyatında əhəmiyyətli yer tutublar. Bu səbəbdən, həmin ərazi zamanla culfalı tacirlərin adı ilə tanınmağa başlayıb.

Bu gün də "Ruga Giuffa" adı qorunub saxlanılır və Venesiyanın dar küçələrindən birində Azərbaycan tarixinin izlərinin yaşadığını göstərir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью