Venesuela ABŞ dan öz hava məkanına hörmət etməyi tələb edir

30.11.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Venesuela ABŞ-dən hava məkanına hörmət etməyi  tələb edib.

"Unikal" xəbər verir ki, Xarici işlər naziri İvan Gil hökumətin rəsmi bəyanatını "Telegram"da dərc edib.

Səlahiyyətlilər vurğulayıblar ki, ölkənin hüquqları Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) normaları ilə qorunur və 1944-cü il Çikaqo Konvensiyası ilə təsdiqlənir.

Nazirlər Kabinetinin fikrincə, prezident Donald Tramp ölkə üzərində “ABŞ-ın qeyri-qanuni yurisdiksiyasını tətbiq etməyə” cəhd edir, təkəbbürlü sərəncamlar verir və Cənubi Amerika dövlətinin milli hava məkanını, ərazi bütövlüyünü, aviasiya təhlükəsizliyini və suverenliyini təhdid edir.

Gülayə Mecid 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью