“Venesuela ABŞ dən asılı deyil”

07.11.2025

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.

“Venesuelanın siyasəti, iqtisadiyyatı və sülhü ABŞ-dən asılı deyil”.

Missiya.Az xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.

"Əsl demokratiya Venesuela demokratiyasıdır. Venesuelanın nə iqtisadiyyatı, nə siyasi, nə sosial həyatı, nə də sülhü onların yazdıqlarından və dediklərindən asılı ola bilməz", - deyə siyasətçi vurğulayıb.

Maduro bildirib ki, ABŞ inkişaf edən bir üstünlük kompleksi ilə üzləşdiyi halda, Bolivar Respublikası hökuməti Venesuelada sülh, firavanlıq, demokratiya və azadlığa zəmanət verir.

Onun sözlərinə görə, yeni Venesuelanın iqtisadi rifahı və inkişafı xaricdə heç kimdən asılı olmamalıdır".

Qeyd edək ki, Vaşinqton Venesuela hökumətini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə kifayət qədər fəal olmamaqda ittiham edir. Bu bəhanə ilə ABŞ Karib hövzəsinə böyük hərbi qüvvələr yerləşdirib. Oktyabrın 7-də ABŞ Prezidenti Donald Tramp Venesuela ilə gərginliyin diplomatik yolla həllinə nail olmaq üçün bütün cəhdləri dayandırmağı əmr edib.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью