Venesuela ABŞ ı səfirlikdə provokasiya təhlükəsi barədə xəbərdar edib

06.10.2025

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Venesuela hakimiyyəti ABŞ administrasiyasını, ölkədəki sağçı ekstremistlərin, Karakasdakı ABŞ səfirliyində partlayıcı qurğular yerləşdirməyə çalışa biləcəyi barədə xəbərdar edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Venesuelanın dialoq və sülh məsələləri üzrə səlahiyyətli nümayəndəsi, Bolivarian Respublikası Parlamentinin spikeri Xorxe Rodriqes məlumat verib.

O, Telegram kanalında yazıb ki, Venesuela "ABŞ hökumətini, yerli sağçı ekstremistlərin ABŞ səfirliyində «başqasının bayrağı altında» ölümcül partlayıcı qurğular yerləşdirməyə çalışması ilə bağlı ciddi təhlükə barədə xəbərdar edib." Rodriqes əlavə edib ki, ABŞ administrasiyası bu provokasiya barədə məlumatı Venesueladakı Avropa səfirliklərindən biri vasitəsilə alıb.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью