Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp yenə qalmaqallı bəyanatla çıxış edib. Ağ Ev rəhbəri bəyan edib ki, Venesuelanın ölkənin 51-ci ştatı kimi ABŞ-yə daxil edilməsini və orada prezident əvəzinə qubernator seçkilərinin keçirilməsini təklif edir.
D.Tramp bu barədə Texas ştatının Korpus-Kristi şəhərində keçirilən seçkiqabağı mitinqdə çıxışı zamanı bildirib. "Venesuelaya təşəkkür etmək istəyirəm. Münasibətlərimiz çox yaxşı, möhtəşəm olub", – Tramp deyib.
Onun sözlərinə görə, Venesuelanı firavan gələcək gözləyir və ölkə gələcəkdə ABŞ-nin tərkibinə daxil ola bilər. "Kim bilir, bəlkə də tezliklə o, firavan 51-ci ştatımız olacaq. Bu, mümkündür. Gəlin, onu 51-ci ştat edək", – ABŞ Prezidenti bildirib.
Tramp, həmçinin Venesuelada idarəetmə sisteminin dəyişdirilməsini təklif edib: "Orada prezident seçkiləri deyil, qubernator seçkiləri keçirək. Bu fikir necədir? Xoşunuza gəlir? Mənim xoşuma gəlir".
Bundan başqa, ABŞ lideri Vaşinqtonla Karakas arasında genişmiqyaslı neft sazişinin imzalandığını xatırladıb.
Mətləb