Venesuela ABŞ nin neft nəhəngi ilə razılaşdı

11.11.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Venesuela 2007-ci ildə ölkəni tərk edən ABŞ-nin neft şirkəti “ExxonMobil”in geri qayıtmasını təmin etmək məqsədilə şirkətlə anlaşma memorandumu imzalayıb.

"Cebheinfo.az" xəbər verir ki, paytaxt Karakasda keçirilən imzalanma mərasimində Venesuelanın müvəqqəti dövlət başçısı Delsi Rodriqes və “ExxonMobil” şirkətinin Upstream bölməsinin rəhbəri Den Ammann iştirak ediblər. Rodriqes bildirib ki, bu sənəd ABŞ-nin aparıcı enerji şirkətlərindən biri olan “ExxonMobil”in Venesuelaya qayıtması ilə bağlı aylardır davam edən danışıqlardan sonra atılan mühüm addımdır.

Onun sözlərinə görə, razılaşma milyardlarla barel ehtiyata malik, həm istismar müddəti baxımından yetkin, həm də yeni inkişaf etdirilən neft yataqlarını əhatə edir. O, “ExxonMobil”in bu əməliyyatları həyata keçirmək üçün zəruri imkanlara, texnologiyaya və investisiya potensialına malik olduğuna inandığını vurğulayıb.

Rodriqes, həmçinin anlaşma memorandumunun ən qısa zamanda konkret razılaşmalara çevriləcəyinə və nəzərdə tutulan nəticələrin əldə olunmasına imkan yaradacağına ümid etdiyini bildirib. Ammann isə imzalanan sənədin şirkətin Venesuelaya qayıdışını təmin etmək istiqamətində mühüm ilk addım olduğunu qeyd edib.

O, “ExxonMobil”in unikal imkanlarının Venesuelanın zəngin təbii resursları ilə birləşməsinin bütün tərəflər üçün əhəmiyyətli faydalar gətirəcəyinə inandıqlarını söyləyib. Yerli mətbuatın məlumatına görə, ABŞ mərkəzli “ExxonMobil” şirkəti 2007-ci ildə, o zamankı dövlət başçısı Uqo Çavesin özəl şirkətlər tərəfindən idarə olunan sonuncu neft yataqlarını milliləşdirməsindən sonra digər xarici şirkətlərlə birlikdə Venesuelanı tərk etmişdi.

Əfsanə 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью