Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.
Venesuela Prezidenti Nikolas Maduro ABŞ-nin Karib dənizində hərbi varlığına qarşı hava hücumundan müdafiə zonalarına minlərlə Rusiya istehsalı zenit-raket kompleksi yerləşdirdiklərini bildirib.
Missiya.Az "Starhaber"ə istinadən xəbər verir ki, o, hərbçilərin qatıldığı tədbirdə bu barədə danışıb.
Ölkənin strateji hava hücumundan müdafiə bölgələrində Rusiya istehsalı olan “İqla-S” tipli qısa mənzilli zenit raketləri yerləşdirdiklərini ifadə edən Maduro, “Dünyadakı bütün hərbi qüvvələr İqla-S-in gücünü bilir və Venesuelada 5 mindən çox raket var”,- deyib.
İlahə Qənbərli
Missiya.Az