Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Venesuela ABŞ-dən ələ keçirilmiş tankerin ekipajının dərhal azad edilməsini, müsadirə olunan neftin geri qaytarılmasını və qanuni neft ticarətinə müdaxilənin dayandırılmasını tələb edib.
Redaktor.az xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Hil Pintonun BMT Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda qeyd olunur.
XİN rəhbəri BMT Təhlükəsizlik Şurasını ABŞ tərəfindən təşviq edilən “piratlıq aktını”, özəl gəmiyə qarşı hərbi gücün qanunsuz tətbiqini və beynəlxalq hüquqa uyğun ticarət predmetinə aid yükün oğurlanmasını açıq şəkildə pisləməyə çağırıb.
İvan Hil Pinto Karib dənizində ABŞ Silahlı Qüvvələri tərəfindən tankerin ələ keçirilməsini “dövlət piratlığı aktı” və “ABŞ-yə məxsus olmayan aktivlərin açıq-aşkar talanı” adlandırıb. O vurğulayıb ki, Bolivar Venesuela Respublikası öz resursları ilə bağlı qanuni ticarət aparmaq üzrə suveren və ayrılmaz hüququnu bundan sonra da həyata keçirəcək və legitim əməliyyatların qarət, ələ keçirmə və ya piratlıq aktlarına məruz qalmamasını tələb edəcək.
Nuriyyə NATİQQIZI