Venesuela böhranı dərinləşir

05.11.2025

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp administrasiyasının Venesuelaya qarşı mümkün hərbi əməliyyatın variantları və risklərini nəzərdən keçirdiyi bildirilib. 

Missiya.Az "The New York Times"a istinadən xəbər verir ki, Tramp hələ Venesuelaya qarşı konkret tədbir görmək barədə qərar verməyib.

Rəsmilər qeyd ediblər ki, Tramp “Amerika qoşunlarını təhlükə altına salacaq və ya utancverici uğursuzluqla nəticələnəcək” əməliyyatı təsdiqləməkdə tərəddüd edir. Lakin onun müşavirləri Maduronu qoruyan hərbi birləşmələrə hücum, narkotik kartellərinə qarşı əməliyyatlar və neft yataqlarına nəzarət kimi müxtəlif variantları müzakirə edirlər.

Səlahiyyətlilər əlavə ediblər ki, Tramp administrasiyası mümkün hərbi əməliyyat üçün ABŞ Ədliyyə Nazirliyindən hüquqi brifinq tələb edib və “dəlil təqdim edilmədən həyata keçirilə biləcək hərbi əməliyyat üçün hüquqi əsas” axtarır.

Seyranə Quliyeva
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью