Venesuela böhranı: Yeni geosiyasi reallıq və beynəlxalq hüququn de fakto İflası | Icma.az
Icma.az bildirir, Mia.az portalına istinadən. Hamımızın bildiyi kimi, ilin əvvəlində ABŞ tərəfindən Venesuela prezidenti Nikolas Maduronun ö
Bu hadisə təkcə bir siyasi liderin neytrallaşdırılması deyil, uzun illərdir yığılan siyasi legitimlik böhranının, iqtisadi çöküşün və böyük
Baş verənlər Venesuelanı yeni, dərin qeyri-müəyyənlik mərhələsinə daxil etdiyi kimi, beynəlxalq institutların, eləcə də beynəlxalq hüququn «
Venesuela böhranının kökündə onilliklər ərzində formalaşmış struktur problemlər dayanır.
Belə ki, neft gəlirlərinə həddindən artıq bağlı iqtisadi modelin iflası və avtoritar idarəetmənin dərinləşməsi ölkəni siyasi və sosial baxımdan kövrək hala salmışdı.
Maduro hakimiyyəti dövründə seçkilərin legitimliyi beynəlxalq səviyyədə tanınmamış, məhkəmə və qanunverici orqanlar icra hakimiyyətinə tabe edilmiş, dövlət idarəçiliyi faktiki olaraq şəxsləşdirilərək tam bir avtoritar rejim qurulmuşdu.
Trump höküməti isə bu vəziyyəti təkcə demokratiya böhranı kimi deyil, regional təhlükəsizlik, narkotik ticarəti və transmillli cinayət şəbəkələri kontekstində strateji təhdid kimi təqdim edərək Venesuelada xüsusi hərbi əməliyyatlar aparmağa özündə haqq gördü.
Maduronun tutulması da məhz bu təhlükəsizlik narrativi üzərində əsaslandırıldı.
Tam oxu
Xəbəri oxu