Venesuela Daxili İşlər Naziri: Ölkədə siyasi məhbus yoxdur!

28.01.2026

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Venesuela Daxili İşlər naziri Diosdado Kabello ölkədə siyasi məhbusların olmadığını bildirib.

Turkustan.az xəbər verir ki, dövlət televiziyası VTV-də həftəlik çıxış edən Kabello müxalifətin və bəzi QHT-lərin Venesuela həbsxanalarında çox sayda siyasi məhbusun saxlanması ilə bağlı iddialarına cavab verib.
Kabello bildirib ki, 2025-ci ilin dekabr ayından bəri 808 nəfər azadlığa buraxılıb, lakin qətl və narkotik qaçaqmalçılığında ittiham olunanlar bu prosesdən kənarlaşdırılıb.
Müxalifətə və QHT-lərə cavab olaraq Kabello dedi: "Onlar siyahını əldə edə bilmədikləri üçün dəli olurlar, amma ölkədə siyasi məhbus yoxdur. Gizlədəcək bir şeyimiz yoxdur və bunun repressiyalarla heç bir əlaqəsi yoxdur."
Yerli medianın məlumatına görə, insan haqları təşkilatı Foro Penal və müxalifət cəbhəsi (PUD) çox sayda siyasi məhbusun hələ də həbsxanalarda saxlanıldığını iddia edərək hökuməti azadlığa buraxılmaların sayını artırmağa çağırıblar.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью