Venesuela əvvəlkindən daha çox qazanacaq Tramp

25.01.2026

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Venesuela hakimiyyəti böyük neft şirkətlərinin Bolivara gəlməsindən sonra rekord məbləğlər qazana biləcək.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Nyu York Post" qəzetinə verdiyi müsahibədə bildirib.

"Biz Venesuelada neftlə məşğuluq. Venesuela ilə birgə biz də qazanacağıq. Sonra böyük neft şirkətləri gələcək və o qədər çox neft hasil edəcəklər ki, Venesuela əvvəlkindən daha çox qazanc əldə edəcək" , - Tramp qeyd edib.

ABŞ lideri həmçinin bildirib ki, ABŞ Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez ilə yaxşı münasibətlər saxlayır:

"Yeni prezidentlə əla münasibətlərimiz var. O, fantastik insandır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью