Venesuela faciədən özünə gəlməmiş daha bir şok yaşadı

27.06.2026

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Venesuelanın Araqua ştatının sahillərində 4.9 bal gücündə zəlzələ baş verib.

Moderator.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib.

Zəlzələnin episentri üç milyondan çox insanın yaşadığı Karakasdan 80 km şimal-qərbdə, ocağı isə 35 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və ya dağıntılar barədə hələ ki məlumat daxil olmayıb.

Xatırladaq ki, iyunun 24-də axşam Venesuelada 7.2 və 7.5 bal gücündə iki yeraltı təkan baş verib. Onların episentrləri Venesuelanın Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Son məlumatlara görə, həmin zəlzələlər nəticəsində həyatını itirənlərin sayı 920 nəfərə çatıb, 3.3 mindən çox insan xəsarət alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью