Venesuela hadisələri zamanı ölənlərin sayı açıqlandı

17.01.2026

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"ABŞ-nin Venesuelanın sabiq prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Floresin ələ keçirilməsi əməliyyatı zamanı 83 nəfər öldürülüb".

Moderator.az "Primicia" nəşrinə istinadən xəbər verir ki, bu barədə Venesuelanın müdafiə naziri Vladimir Padrino məlumat verib:

"Əməliyyatlar zamanı mülki şəxslər və digər insanlar həlak olub. Həmçinin, 32 Kuba vətəndaşı da öldürülüb. Ümumilikdə 83 nəfər həlak olub, 112-dən çox insan yaralanıb".

Ölənlərdən 47 nəfərinin hərbçi olduğu bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью