Venesuela: islahatlar və təqiblər ayrıcında

27.01.2026

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, “The New York Times (NYT)” nəşrinin məlumatına görə, Delsi Rodriges ABŞ prezidenti Donald Trampın xeyir-duası ilə Venesuela neftini Çindən Amerika bazarına yönləndirdi.
Yanvarda neft satışının birinci tranşı – 300 milyon dollar ölkənin bank sisteminə daxil olmaqla, milli valyutanın çöküşünü dayandırıb və hiperinflyasiya qorxusunu azaldıb.
Eyni zamanda, Rodriqes dövründə qanunvericilikdə xarici investisiyaların cəlb edilməsi və əmək haqqının artırılması üçün fəal şəkildə islahatlar aparılır.
Ekspertlər iqtisadiyyatın daha şəffaf olacağını və hesabatlılığın yaxşılaşacağını, 2026-cı ildə Venesuela üçün ÜDM-in ikirəqəmli artımını proqnozlaşdırırlar.
“Bu dəyişikliklər fonunda daşınmaz əmlak qiymətləri kəskin artıb, dövlət istiqrazlarının qiyməti isə yüksəlir. Bazar iştirakçıları bunu Rodrigesin rəhbərliyi altında dövlət borcunun mümkün restrukturizasiyası ilə əlaqələndirirlər”, - qəzet yazır.
Bununla belə, Delsi Rodriges siyasi hakimiyyət üzərində tam nəzarəti özündə saxlayır. Karakasda silahlı qüvvələr vətəndaşları yoxlamaqda davam edir, dövlət obyektlərini qorumaq üçün elit məhəllələrdə nəzarət-buraxılış məntəqələri qurulur və telefon axtarışı üçün sürücülər dayandırılır.
- “Qorxu mühiti” Maduro ailəsi ilə əlaqələri sayəsində məşhur olan məmurlara və iş adamlarına da sirayət edib. Vəzifəyə gəldikdən sonra xanım Rodriges Maduroya sadiq qalmış bir neçə adamın vəzifəsini aşağı salıb və ya işdən çıxarıb, hərbi komandanlığı yenidən təşkil edib”, - nəşr vurğulayır.
İqtisadi sahədə Venesuelanın maliyyə tənzimləyiciləri müntəzəm olaraq açıq şirkətlərin sahibləri ilə əlaqə saxlayır, səhmlərin qiymətlərinin kəskin artması ilə bağlı izahat tələb edirlər. Maduronun devrilməsini və onun hakimiyyəti dövründə yaranan böhranı yada salmaq istəməyən bəzi iş adamları isə indiki vəziyyətə haqq qazandırmağa çalışırlar.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью