Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Venesuelanın paytaxtı Karakasda küçə və meydanlarda prezident Nikolas Maduronun azadlığa buraxılmasını tələb edən plakatlar asılıb.
Turkustan.az xəbər verir ki, ABŞ-ın 3 yanvarda Venesuela Prezidenti Maduro və həyat yoldaşı Siliya Floresə qarşı hərbi müdaxiləsinin nəticələri Venesuelada davam edir.
Əsas küçələrdə, prospektlərdə və bəzi dövlət binalarında, xüsusən də Karakasdakı tarixi Simon Bolivar Meydanında (Plaza Bolivar de Caracas) asılmış plakatlarda "Maduroya azadlıq", "Onların qaçırılmasının 25-ci günü" və "Prezident Maduro" yazıları yazılıb.
Karakasın müxtəlif yerlərində dövlət tərəfindən tikilmiş sosial mənzillərin sakinlərinin də pəncərələrinə Maduronun azadlığa buraxılmasını tələb edən lövhələr asdıqları görülüb.
Əsgərlər ictimai binaların ətrafında ciddi təhlükəsizlik tədbirləri görsələr də, polis şəhərin müxtəlif yerlərində patrul xidməti həyata keçirir.
Aytən Yaşar/ Turkustan.az