Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Venesuela tarixində ilk dəfə mayeləşdirilmiş neft qazı (LPG) partiyasını ixrac edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Delçi Rodriges Telegram kanalında məlumat verib.
“Bu anı bölüşməkdən qürur duyuruq: "Chrysopigi Lady" gəmisi Venesueladan mayeləşdirilmiş neft qazının ilk partiyası ilə yola düşüb,” – deyə Rodriges yazıb.
O bildirib ki, bu hadisəni işçi sinfi ilə birlikdə qeyd edib. Onun sözlərinə görə, bu addım Venesuela xalqının rifahına müsbət təsir göstərəcək və həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcək.
Məryəm Quliyeva