Mia.az saytına istinadən Icma.az xəbər verir. "Venesuela ilk neft satışından 300 milyon dollar qazandı".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez paytaxt Karakasda keçirilən tədbirdə deyib.
O, Vaşinqton administrasiyasının Venesueladan aldığı 500 milyon dollarlıq neft satışından bəhs edərək bildiirib ki, xam neft satışından ilk ödəniş Venesuela Mərkəzi Bankına köçürülüb: "İlk 500 milyon dollardan 300 milyon dollar ölkəyə daxil olub.
Bazarın gücləndirilməsi və iqtisadi sabitliyin təmin edilməsi istiqamətində davamlı irəliləyiş əldə edirik".
İnflyasiya və valyuta bazarındakı dalğalanmalara qarşı tədbirlər gördüklərini də deyən Rodrigez ölkəyə xarici valyuta axınının davam edəcəyini qeyd edib Firudin Səfərli MİA.AZ Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.