Venesuela nefti 100 illiyə ABŞ şirkətinə verildi

14.11.2026

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Venesuelanın müvəqqəti hökuməti Vaşinqtonla imzalanmış milyardlarla dollarlıq razılaşma çərçivəsində ABŞ-nin dəstəklədiyi “Şimali Amerika Mavi Enerji Tərəfdaşları” (NABEP) şirkətinə ölkədəki 17 neft yatağını 100 il müddətinə idarə etmək hüququ verib.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, Barbadosda qeydiyyatdan keçən NABEP təxminən 65 milyard barel təsdiqlənmiş ehtiyata malik bu yataqları bir əsrlik konsessiya əsasında idarə edəcək.

Ağ Ev isə ABŞ Müdafiə Nazirliyinin şirkətdə 30 faizlik pay aldığını və Venesuela neftinin 20 faizini maya dəyəri ilə satın almaq səlahiyyəti qazandığını açıqlayıb.

İspaniya və İsveçrədə çirkli pulların yuyulması iddiaları ilə istintaq altında olan iş adamı Alexandro Betankurun rəhbərlik etdiyi şirkət artıq zəngin Marakaybo gölündəki baxımsız neft infrastrukturunun bərpasına başlayıb. Bildirilir ki, iyirmi il əvvəl 100-dən çox olan aktiv qazma sahələrinin sayı hazırda 11-ə düşüb və NABEP ayın sonuna qədər bu rəqəmi 41-ə çatdırmağı planlaşdırır.

Qeyd edək ki, yanvar ayında ABŞ qüvvələri tərəfindən Nikolas Maduronun saxlanılmasında sonra hakimiyyətə gələn müvəqqəti lider Delsi Rodrigez Prezident Donald Trampın təzyiqləri fonunda ölkənin neft və mədən sektorlarını özəl investisiyalara açıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью