Venesuela prezidenti 7 əcnəbi muzdlunun saxlanıldığını deyib

08.01.2025

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Venesuelanın hüquq-mühafizə orqanları ölkədə terror aktları hazırlayan 7 əcnəbi muzdlunu saxlayıb.

Bizimyol.info xəbər verir ki, ölkə prezidenti Nikolas Maduronun sözlərinə görə, həbs edilənlərdən üçü Ukraynadan gəlib.

“Təkcə bu gün yeddi əcnəbi, o cümlədən ikisi ABŞ-dan olan muzdlular tutulub. Onlar Venesuelada sülh əleyhinə terror fəaliyyəti həyata keçirmək üçün göndəriliblər. Onların arasında ölkənin müxtəlif bölgələrində tutulan iki kolumbiyalı qatil və Ukraynadan gələn üç muzdlu da var”, - deyə o, xalq milislərinin üzvləri ilə görüşdə deyib.

Maduro, saxlanılan muzdluların “yaxın saatlarda etiraflar verəcəklərinə” əmin olduğunu bildirib.

Venesuela liderinin sözlərinə görə, 2024-cü ilin noyabrından dekabr ayına kimi ölkədə 25 ölkədən 125 əcnəbi muzdlu aşkar edilərək saxlanılıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью