Venesuela prezidenti Maduro ABŞ ı tənqid edib: Onlar yeni müharibə yaradırlar

25.10.2025

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Venesuela Prezidenti Nikolas Maduro, ABŞ-ın Karib dənizinə "Gerald Ford" təyyarədaşıyan gəmi göndərməsini tənqid edərək, onları "yeni müharibə icad etməkdə" ittiham edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Venesuela mətbuatında yayımlanan bəyanatda qeyd edilir.

Maduro bildirib ki, ABŞ rəhbərliyi "sonsuz bir müharibə icad edir". Onun sözlərinə görə, ABŞ "dünyaya bir daha müharibə başlatmayacağına" dair verdiyi vədini pozur və yeni bir müharibə yaradır. Lakin, o, bu müharibənin qarşısını almağı bacaracaqlarını vurğulayıb.

Venesuela mətbuatında yayımlanan bəyanatında, Maduro ABŞ-ı "şişirdilmiş, vulgar, cinayətkar və tamamilə yalan olan bir hekayə yaratmaqda" günahlandırıb: "Venesuela sülhsevər bir dövlətdir, biz kokain istehsal etmirik və Kolumbiyadan qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklərin 5%-ni məhv etməyi bacarırıq", - deyə əlavə edib.

Prezident, həmçinin, ABŞ-ın belə addımlarla Venesuelanı təcavüzə məruz qoymağa çalışdığını bildirib. O, Venesuelanın sülh və tərəqqi yolunda olduğunu, lakin xarici müdaxilələrə qarşı durmağa hazır olduqlarını ifadə edib.

Qeyd edək ki, bu açıqlama ABŞ-ın Karib dənizindəki hərbi mövcudluğunun bölgədə gərginliyi artırdığı və Maduronun bu vəziyyətə qarşı sərt reaksiyasını əks etdirir. ABŞ-ın hərbi fəaliyyətləri ilə bağlı bu cür açıqlamalar, Venesuela ilə ABŞ arasında diplomatik gərginliyin artmasına səbəb ola bilər.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью