Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Venesuela hakimiyyəti tezliklə parlamentə təqdim ediləcək ümumi amnistiya qanununu hazırlayır.
Oxu.Az "Venezolana de Television"a istinadən bildirir ki, bu barədə prezident vəzifəsini icra edən Delsi Rodriges açıqlama verib.
"Bu, siyasi qarşıdurmanın vurduğu yaraları sağaltmağa, ölkədə ədaləti yenidən istiqamətləndirməyə və venesuelalılar arasında dinc yanaşı yaşamağı bərpa etməyə kömək edəcək bir qanun olmalıdır", - o deyib.
Rodrigesin sözlərinə görə, məhbusların azad edilməsi 1999-cu ildən bu günə qədər bütün siyasi zorakılıq dövrünü əhatə edəcək.