Venesuelada 6,2 maqnitudalı zəlzələ baş verib

25.09.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Venesuelanın qərbində 6,2 maqnitudalı zəlzələ qeydə alınıb.
APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 244 min nəfərin yaşadığı Valera şəhərindən 68 km şimal-qərbdə yerləşib, ocağın dərinliyi isə 8 km olub.

Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью