Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Venesuelada 7,1 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Venesuelanın Valensiya şəhərindən 60 kilometr şimal-qərbdə yerləşib. Karakasla Valensiya arasındakı məsafə təxminən 130 kilometrdir.
Güclü yeraltı təkanlar nəticəsində Karakasda bir neçə bina çöküb.
Tələfat barədə dəqiq məlumat yoxdur.