GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Venesuelanın səlahiyyətli Prezidenti Delsi Rodrigez bütün siyasi məhbusların amnistiya olunduğunu açıqlayıb.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Rodrigez 2026-cı ilin Venesuela Ali Məhkəməsinin iş fəaliyyətinin açılış mərasimində bildirib.
“Mən 1999-cu ildən bu günə qədər davam edən siyasi zorakılıq dövrünü əhatə edən ümumi amnistiya qanununu irəli sürmək qərarını açıqlamaq istəyirəm”, – Rodrigez deyib.
Səlahiyyətli prezident amnistiya qanun layihəsini yaxın vaxtlarda Milli Assambleyaya təqdim etməyi tapşırıb və parlament üzvlərindən ölkədə ədaləti bərpa etmək üçün maksimum əməkdaşlıq göstərmələrini xahiş edib.
Rodrigez qeyd edib ki, qanun layihəsi Venesuela prezidenti Nikolas Maduro ilə müzakirə olunub.
Bundan əlavə, Rodrigez Karakasdakı Elikoide həbsxanasının bağlanacağını və onun yerində polis əməkdaşlarının ailələri və ətraf bölgə sakinləri üçün sosial, idman, mədəni və ticarət mərkəzi yaradılacağını açıqlayıb.