Venesuelada güclü partlayış baş verib: Yaralananlar var

12.11.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Venesuelanın PDVSA dövlət neft-qaz şirkətinin qaz emalı zavodunda güclü partlayış və yanğın baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə "La verdad de Monagas" nəşri məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində azı 3 nəfər yaralanıb. Onların şirkət işçisi olub-olmadığı hələlik məlum deyil.

Hadisə Venesuelanın Monaqas əyalətində baş verib.

Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью