Venesuelada hantavirus diaqnozu təsdiqlənmiş üç pasiyent ölüb

21.07.2026

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Venesuela Səhiyyə Nazirliyi hantavirus diaqnozu təsdiqlənmiş üç pasiyentin vəfat etdiyini bildirib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkələrdə yaydığı məlumatda deyilir.

"Böyük təəssüf hissi ilə bildiririk ki, Ansoateqi ştatında hantavirus diaqnozu təsdiqlənmiş üç pasiyent vəfat edib. Virus kənd təsərrüfatı bölgələrində gəmiricilər vasitəsilə yayılır. Ölkədə virusun insandan insana keçdiyini təsdiqləyən elmi sübut mövcud deyil", – məlumatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью