Venesuelada müvəqqəti hökumət siyasi məhbusları azad edir

26.01.2026

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Venesueladakı bir insan haqları qrupu ABŞ-ın Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşını hədəf alan hərbi müdaxiləsindən sonra hakimiyyətə gələn müvəqqəti hökumətin ən azı 80 siyasi məhbusu azad etdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, BBC-nin məlumatına görə, Venesuela insan haqları təşkilatı Foro Penal-ın direktoru Alfredo Romero yanvarın 24-də ölkə üzrə müxtəlif həbsxanalardan məhbusların azadlığa buraxıldığını bildirib.

Romero qeyd edib ki, yaxın dövrdə daha çox siyasi məhbusun azad edilməsi ehtimalı yüksəkdir.

Məlumata görə, müvəqqəti hökumət son həftələrdə Venesuelada saxlanılan bəzi ABŞ vətəndaşlarını da azad edib.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью