Venesuelada özəl şirkətlərin neft sektorunda fəaliyyətinə icazə verilib

24.01.2026

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Venesuela hökuməti neft qanunvericiliyinə dəyişiklik edib.

Parlamentin qəbul etdiyi yeni qanunla özəl şirkətlərin neft hasilatı və emalında iştirakına icazə verilib. İndiyədək qanunvericilik yalnız dövlət şirkətlərinin neft hasil etməsinə icazə verirdi. Dəyişiklikdən sonra Venesuela Respublikasında fəaliyyət göstərən istənilən müəssisə neft sektorunda işləyə bilər.

Yeni qanun beynəlxalq şirkətlər, xüsusən də ABŞ korporasiyaları sevinclə qarşılayıb. Qanun yaxın həftələrdə ikinci oxunuşa təqdim ediləcək. Ekspertlərin fikrincə layihənin qəbul ediləcəyi şübhə doğurmur.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью