Venesuelada zəlzələ nəticəsində həlak olanların sayı 4 mini ötdü

11.07.2026

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Venesuelada baş vermiş dağıdıcı zəlzələlər nəticəsində həlak olanların sayı 4 mini ötüb.

Bu barədə AFP agentliyinə ölkə parlamentinin sədri Xorxe Rodriges məlumat verib.

Onun sözlərinə görə, iyunun 24-də baş vermiş iki güclü yeraltı təkan nəticəsində azı 4 118 nəfər həlak olub, daha 16 min 740 nəfər yaralanıb.

Qeyd edək ki, zəlzələlərdən ən çox sahilyanı La-Quayra ştatı zərər çəkib. Yeraltı təkanlar nəticəsində burada bütöv yaşayış məhəllələri dağılıb. Minlərlə insan hələ də itkin düşmüş hesab olunur.

Hazırda hakimiyyət orqanları dağıntıların miqyasını qiymətləndirməyə və axtarış-xilasetmə əməliyyatlarını davam etdirməyə çalışır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью